Biometrik texnologiyalar sahəsində hansı ölkə liderdir?


Digərləri 14 Apr 2018 08:45:00 380 0

Biometrik texnologiyalar sahəsində hansı ölkə liderdir?

"Maliyyə xidmətləri sahəsində liderlər" adlı beynəlxalq tədqiqatın nəticələrinə görə, Sinqapur maliyyə xidmətləri sektorunda biometrik texnologiyaların (müştərilərin şəxsiyyətinin barmaq izinə görə müəyyənləşdirilməsi) tətbiqi sahəsində dünya lideridir.

Son.az xeberler.az-a istinadən bildirir ki, sorğuda Sinqapur, Çin, Böyük Britaniya və ABŞ-dan olan 315 şirkət iştirak edib.

Sinqapurun maliyyə şirkətlərinin 61 %-dən çoxu müştərilərin barmaq izlərini nəzərə alan ikifaktorlu eyniləşdirmədən istifadə edir. Çin bu texnologiyanın yayılma dərəcəsinə görə 2-ci yeri tutub (57%). Biometrik texnologiyalardan istifadə Avstraliyada 50%, Böyük Britaniyada  40%, ABŞ-da isə 37% təşkil edib.