ABŞ, Britaniya və Fransa Suriyaya qarşı hərbi əməliyyata başlayıb


Dünya 14 Apr 2018 08:48:00 261 0

ABŞ, Britaniya və Fransa Suriyaya qarşı hərbi əməliyyata başlayıb

ABŞ Fransa və Böyük Britaniya ilə birlikdə Suriyaya qarşı hərbi əməliyyata başlayıblar.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

D.Tramp bildirib: "Mən ABŞ Silahlı Qüvvələrinə kimyəvi silah potensialı ilə bağlı obyektlərə yüksək dəqiqliklə zərbələr vurmağı əmr etmişəm. Hazırda Fransa və Birləşmiş Krallığın Silahlı Qvvələri ilə birgə əməliyyat həyata keçirilir".