Yevlaxda Ford Transit yük maşınına çırpılıb,


Digərləri 14 Apr 2018 08:20:00 260 0

Yevlaxda Ford Transit yük maşınına çırpılıb,

Qəza Bakı-Qazax avtomobil yolunda baş verib

Yevlax rayonunda ağır yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki,Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində "Ford Transit" markalı "01-BM-681" dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq "Kamaz" markalı "09-BC-050" dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.

Nəticədə bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir. Hadisə zamanı zərərçəkənlərin hamısı "Ford Transit"də olublar.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar