HTC U12 Plusın bütün texniki göstəriciləri sızdırıldı


Digərləri 14 Apr 2018 08:11:00 284 0

HTC U12 Plusın bütün texniki göstəriciləri sızdırıldı

HTC şirkəti bu il yalnız bir flaqman modelini təqdim edəcək. Söhbət HTC U12 Plus modelindən gedir. Şayiələrə əsasən onun təqdimatı artıq gələn ay baş tutacaq. Buna görə də hər keçən gün smartfon haqqında daha çox məlumatlar ortaya çıxmağa başlayır. Beləliklə internetdə sözügedən smartfonun artıq bütün texniki göstəriciləri haqqında məlumatlar sızdırılıb. HTC U12 Plus 18:9 nisbətli 2880x1440 piksel keyfiyyətli 5.5 inç Super LCD (Quad HD+ keyfiyyətində) ekranla təchiz olunacaq.

Son.az technote.az-a istinadən bildirir ki, ekranı həmçinin Corning Gorilla Glass 5 qoruyucu şüşəsi qoruyacaq. Bu barədə GSMArena saytı xəbər verib. Smartfonun korpusu IP68 standartı üzrə sudan və tozdan qorunmuş şəkildə olacaq. Beləliklə cihazı yarım saat müddətinə suya salmaq mümkün olacaq. Digər texniki göstəriocilərə gəldikdə isə sartfon 8 nüvəli Snapdragon 845 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş (2 TB'a kimi microSD dəstəyi) 12 + 12 MP ikili arxa kamera, 8 + 8 MP ikili ön kamera və 3420 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.