“Mail.Ru Group” dərman axtarışı və sifarişi üçün onlayn xidmət yaratdı


Digərləri 14 Apr 2018 07:11:00 473 0

“Mail.Ru Group” dərman axtarışı və sifarişi üçün onlayn xidmət yaratdı

"Mail.Ru Group" "Vse apteki" adlanan dərman axtarışı və sifarişi üzrə onlayn xidməti işə salıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə internet texnologiyası şirkəti məlumat verib.

Xidmət dərman, vitamin, həblər, tibbi alətlər və cihazlar sifariş verməyə imkan verir. Bundan başqa, gigiyena vasitələri, kosmetika, analar və körpələr üçün məhsullar, dietik qida, pamperslər və digər məhsulları da bu onlayn xidmət vasitəsilə sifariş etmək mümkün olacaq.