Birləşmiş Ştatlar Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirib


Dünya 14 Apr 2018 05:30:24 318 0

Birləşmiş Ştatlar Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirib

Dəməşqə düşən ilk mərmilərin partlayış səsləri eşidilib

Birləşmiş Ştatların silahlı qüvvələri prezident Donald Trampın göstərişindən sonra Suriyanın paytaxtı Dəməşqə ilk raket zərbələrini endirib.

“Report” xəbər verir ki, bu barədə hadisə şahidlərinə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, şəhərdə partlayış səsləri eşidilir, tüstü görünür.

Partlayışlar ABŞ prezidentinin Şərqi Qutada kimyəvi silah tətbiqinə cavab olaraq Suriyaya qarşı hərbi əməliyyatlara başlanması barədə əmrindən dərhal sonra baş verib.