Yevlaxda minik avtomobili yük maşınına çırpılıb, ölən və yaralananlar var


Sosial 14 Apr 2018 03:41:28 267 0

Yevlaxda minik avtomobili yük maşınına çırpılıb, ölən və yaralananlar var

Qəza Bakı-Qazax avtomobil yolunda baş verib

Yevlax rayonunda ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində "Ford" markalı avtomobil idarəetmədən çıxaraq yük maşınına çırpılıb.

Nəticədə bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.