Rus Dram Teatrında “Mən, sən, pəncərə... məşuq” tamaşasının premyerası olacaq


Digərləri 14 Apr 2018 01:51:20 237 0

Rus Dram Teatrında “Mən, sən, pəncərə... məşuq” tamaşasının premyerası olacaq

Rus Dram Teatrında ingilis dramaturqu Rey Kuninin “Qarışıqlıq” pyesi əsasında “Mən, sən, pəncərə... məşuq” tamaşası səhnələşdirilir.

Bakı. Rus Dram Teatrında ingilis dramaturqu Rey Kuninin “Qarışıqlıq” pyesi əsasında “Mən, sən, pəncərə... məşuq” tamaşası səhnələşdirilir. Rejissor, xalq artisti İranə Tağızadənin quruluş verdiyi bu pyes keçmiş Sovet məkanında “№ 13” adı ilə məşhur idi. Dramaturqla razılaşma əsasında pyes Rus Dram Teatrının səhnəsində “Mən, sən, pəncərə... məşuq” adı ilə oynanılacaq. Məlumat üçün bildirək ki, bu, dramaturqun ən yaxşı əsərlərindən biridir və Lourens Olivye (London Teatr Cəmiyyəti tərəfindən) mükafatına layiq görülüb.