"Sky News" Suriyadakı kimyəvi hücumun mənasız olduğunu deyən ekspertlə canlı yayımı kəsib - VİDEO
Dünya 14 Apr 2018 00:24:40 315 0
Aparıcı gözlənilmədən hərbçinin sözlərini kəsib və fikrini tamamlamasına imkan verməyib
“Report” xəbər verir ki, Şou canlı yayımda çıxışı zamanı bildirib ki, qələbə qazanmaqda olan Suriya hökuməti üçün hazırkı vəziyyətdə kimyəvi silahdan istifadə etməyin heç bir mənası yoxdur.
"Güman edirəm ki, biz nəyisə diqqətdən qaçırırıq…və məhz Suriyanı bu vədədə və bu yerdə kimyəvi hücuma hansı motiv sövq edə bilər. Suriyalılar axı qələbə qazanırlar", - deyə o bildirib və əlavə edib ki, bu barədə, xüsusilə də, amerikalı hərbçilər danışırlar.
O deyib ki, hətta ABŞ prezidenti Donald Tramp "Twitter"də terrorçular üzərində tezliklə qələbə qazanılacağı və amerikalıların Suriyanı tərk edəcəyi barədə yazıb.
"Və birdən biz kimyəvi hücum xəbərini alırıq", - deyə ekspert sözünə davam etmək istəyib.
Bu zaman aparıcı gözlənilmədən hərbçinin sözlərini kəsib və fikrini tamamlamasına imkan verməyib.
"Üzr istəyirik, çox təəssüf ki, bizi uzun müddət gözlədiniz, amma yayımı dayandırmalıyıq. Çox təəssüf edirik", - deyə aparıcı bildirib və ardınca hərbçi ilə əlaqə kəsilib.