Günün qoroskopu: fərdi maraqlarınızı anlayın və mənfəəti dəqiq müəyyənləşdirin


Digərləri 14 Apr 2018 00:01:00 300 0

Günün qoroskopu: fərdi maraqlarınızı anlayın və mənfəəti dəqiq müəyyənləşdirin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısı qəfil hadisələr və təəssüratlar görüş və informasiyalarla zəngindir. Mühüm məsələ ilə bağlı çıxış yolunu tapa bilərsiniz. Uzun müddətdən bəri təhtəlşüur səviyyəsində gözlədiyiniz olay yaşanacaq.

İndiyədək başlaya bilmədiyiniz, ağır sandığınız işə start verə bilərsiniz.

Günün ikinci yarısındakı olaylarda dostlar aktiv rol oynayacaqlar. Yeni ideyalar və təkliflər səslənəcək. Gözləntilərin bəzilərinin doğrulmaması problemlər yaradacaq. Hisslərinizin köləsi olmayın. Yeni məqsədə doğru irəliləyin. Stimul aramayın.

Buğa - işgüzar planları həyata keçirməyə başlayın. Yaranmış sərfəli şansdan istifadə edin. Görüşmək, zəng vurmaq, yazışmaq, nəzərdə tutulmuş işi görmək lazımdır.

Zərurət duyulan məlumatı əldə etmək üçün dostlara, tanışlara müraciət edin. Əlaqaləri aktivləşdirin. Ümumi maraqlarınızın olduğu insanlara bel bağlaya bilərsiniz. Ciddi səbəb olmadan təlaşa qapılmayın.

Dəyər verdiyiniz insanla münasibətlərə önəm verin. Səmimi və qayğıkeş insan olmağa çalışın.

Əkizlər - ətrafınızdakı insanların emosional durumu və əhvalı sizə də təsir edəcək. Sizi anlasınlar deyə, hər şeyi maksimal dərəcədə sadələşdirməyin. Qayğıkeş olun, laqeyd insan təsiri bağışlamayın. Nöqsanlarınızın tənqidi sizi ruhdan salmasın.

Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Dartışmalar, çək-çevir, münasibətlərin aydınlaşdırılması üçün yaxşı zaman deyil.

Səhhətinizi düşünün.

Xərçəng - daxili dəyişikliklərə hazır olun. Müəyyən məsələlərə köhəlmiş baxışlardan qurtulun. Daha riskli, daha maraqlı təcrübə qazanmaq vaxtı çatıb. Yaşamınızda yeni maraq, ideya peyda olacaq.

Rutin işlərdən usanmayın.

Günün ikinci yarısında sevdiyiniz işlə məşğul olun. Dəyər verdiyiniz insanın dediklərinə qulaq asın. Axşam saatlarına yaxın situasiya pozitiv məcra alacaq. Ünsiyyət həm faydalı, həm də xoş olacaq.

Şir - yalnız əmr etməyin, hərdən xahişi də unutmayın. Gərəkli nəticə əldə etməyə çalışırsınızsa, yalnız özünüzü düşünməyin. Birgə fəaliyyətə cəlb etməyə çalışdığınız insanı sərt tənqid etməyin. Layihələrdə tanışlarla yanaşı, etibarlı dostların da iştirakına çalışın.

Qəfil xəbərlər yeni əməkdaşlıq vəd edir.

Günün ikinci yarısında ümumi maraqlarınızın olduğu insanlar sizə yeni ideya verəcəklər.

Ailə üzvlərinin qayğısına qalın, onların maraqlarını qulaqardına vurmayın.

Axşam saatlarında istirahətə yetərincə zaman ayırın.

Qız - günün ilk yarısında yalnız öz qüvvənizə bel bağlamayın. Yaxın ətrafınızdakı insanlarla da tərəfdaşlığı gücləndirin. Belədə məqsədə daha tez çata bilərsiniz. Fəaliyyətinizin hansısa sahəsində problemlər yaranarsa, narahat olmayın. Yeni perspektivlər aşkarlanacaq.

Günün ikinci yarısında romantik münasibətlərə aludə olmayın. Aktiv olun. Hərəkətdə fayda var. Qarşılıqlı anlaşmanızın olduğu insanla ünsiyyətdə yeni ideyalar əxz edə bilərsini. Yaxın gələcəklə bağlı ümumi planları təxirə salmayın.

Axşam saatlarında normal istirahət edin.