Dəblə ayaqlaşan kişilər üçün YAZ KOMBİNLƏRİ FOTO


Digərləri 13 Apr 2018 23:45:00 425 0

Dəblə ayaqlaşan kişilər üçün YAZ KOMBİNLƏRİ  FOTO

Kişilər adətən geyimlərində daha sadə və rahat parçalara üstünlük verirlər. Amma hansısa qarışıq kombinlər etmək onlar üçün asan deyil. Son.az ailem.az-a istinadən kişilər üçün 5 fərqli kombin məsləhət görür.

Ağ şalvar

Yaz aylarının gəlməsi ilə birlikdə kişilərin qarderobunda ən gözəl parçalardan biri də ağ şalvarlardır. Ağ şalvarı təbii bir görünüş və küçə stili üçün krem və qəhvəyi rənglə kombinləyə bilərsiniz. Xüsusilə iş həyatınızda bu rənglər sizi olduqca şıq göstərəcək. Bu tip kombinlərdə fərqli rəng aksessuar seçimi ilə diqqəti aksessuarlarınıza və ayaqqabınıza da çəkə bilərsiniz.

Pencəklər

Eyni rəng modasına uymaq istəməyən və "smart casual" görüntü istəyən kişilər isə ağ şalvarlarını naxışlı pencəkləri ilə birləşdirərək, klassik formaya müasir bir toxunuş edə bilərlər. Solğun tonlarda olan kətan və pambıq köynəklərlə kombinlərinizi zənginləşdirə bilərsiniz.

Eyni kombin, fərqli təqdimat


Xəbərə aid fotolar