Ərim siqareti bədənimdə söndürürdü, atam isə elə bir şey etdi ki... 21 yaşlı PƏRİNİN DƏHŞƏTİ


Digərləri 13 Apr 2018 23:09:00 345 0

Ərim siqareti bədənimdə söndürürdü, atam isə elə bir şey etdi ki...  21 yaşlı PƏRİNİN DƏHŞƏTİ

Bu gün dünyada zorakılığa məruz qalmış, döyülmüş, söyülmüş, tərk edilmiş, ölümə buraxılmış milyonlarla qadın var. Bütün dünya ölkələrində olduğu kimi təəssüf ki, Azərbaycanda da zorakılığa məruz qalan xanımlarla rastlaşırıq. Zorakılıq edən canlının cinsi, dini, irqi olmur. Lakin qadınlara qarşı istər fiziki, istərsə də psixoloji şiddət hər zaman daha çox olub. Bəzən elə düşünənlər olur ki, qadınlar bu şiddətə layiqdirlər. Hətta bu barədə kristallaşmış deyimlər də var: "Allah bilir nə edib ki, əri döyüb, öldürür", "Yaxşı at özünə qamçı vurdurmaz", "Qadın xeylağı nədir, kişiyə cavab qaytarmaq nədir?" və s. Bəs həmin qadınların döyülməsi, söyülməsi, bətnlərində övladları ilə küçəyə atılması necə? Yaxşıdırmı?.. Bütün bu qınaqlar qadınlarda sanki "hər şeyə dözək, göz yumaq, nə vaxt ölərik, onda da canımız qurtular..." düşüncəsi yaradıb. Ailədə şiddətə məruz qalıb, qan qusub səsini çıxartmayan "n" qədər qadın var dünyada. Bəlkə də həyat yoldaşları və ya valideynlərindən asılı olduqları üçün. Ona görə də, qadın gərək ailə qurmağı qurtuluş kimi görməsin. Qadın gərək öz ayaqları üzərində durmağı bacarsın. Hər bir qadın bunu əvvəlcə özü, daha sonra isə dünyaya gətirəcəyi körpəsi üçün etməlidir.

***

"Düşünürdüm ki, məktəbi bitirib universitetə daxil olacam. Dünyanın ən tanınan həkimlərindən biri olacam. Məni sevən, hörmət edən bir insanla ailə qurub, dünyanın ən xoşbəxt qadını olacam. Amma təəssüf ki, bu həyatda istənilməyən övlad, sevilməyən, bədbəxt qadın, savadsız və tənha ana oldum... Ən dəhşətlisi isə bu həyatı mənə atam yaşatdı..."

Son.az bildirir ki, publika.az-ın bu dəfəki həmsöhbəti əcnəbidir. Acı həyat hekayəsi onu Azərbaycana qədər sürükləyib gətirib. Pəri Həsənova (ad şərtidir) deyir ki, anası 7 aylıq hamilə olanda atası öz ölkəsini tərk edərək, könüllü şəkildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Anası isə sevgisi naminə hər şeyindən keçib və atasının yolunu gözləyib:

"Mən hələ anamın bətnində olanda atam Azərbaycana gəlmişdi. Anam danışırdı ki, atam qızı olacağını bilmirdi, elə bilirdi oğlu olacaq. Gedəndə də anama deyib ki, uşaqdan müğayat ol. Mən atamı 8 il sonra görmüşəm. Sonra anamla atam boşandıqdan sonra atamdan xəbər ala bilmədik. Bilirdik ki, Azərbaycandadı. Amma nə zəng edirdi, nə də xəbər göndərirdi. Uzun illər sonra bildik ki, Azərbaycanda bir qadınla ailə qurub. Mən nənəmgildə anamla birgə yaşayırdım. Elə oldu ki, atam Azərbaycandakı ailəsini də götürüb qayıtdı vətənə. Anamı evdən qovdular. Məni anama vermədilər. Elə deyirdik ki, şükür, hər şey yavaş-yavaş qaydasına düşür, bu dəfə də atam o ailəsini atıb, qaçdı İrana. Ondan yenə heç bir xəbər ala bilmədik. 11 yaşım olanda atam bibimə zəng edib dedi ki, məni də götürüb gəlsinlər Azərbaycana. Bibim ailəsi ilə məni götürüb gəldi Bakıya, atamın yaşadığı yerə. Elə dərdli günlərim də ondan sonra başladı..."

"Atam məni 13 yaşımda 30 yaşlı narkoman bibim oğluna ərə verdi..."

Pəri mənimlə danışanda gözü kənarda gəzən, oynayan qızlarda idi. Bir anlıq o uşaqlara baxanda fərqinə vardım ki, qızların aşağı-yuxarı 12-13 yaşları olardı. Pəri isə bu yaşda hüquqları tapdanmış, uşaqlığı əlindən alınmış azyaşlı "gəlin" idi. Nə hisslər keçirdiyini nə o izah edə bildi, nə də mən sətirlərə düzə bildim. Fikrini toplayıb belə davam etdi:

"Atam 12 yaşımda məni zorla bibim oğluna nişanladı. Bir il sonra da evləndirib göndərdi öz vətənimizə. Bibim oğlu uşaq yaşlarından anasından ayrı, İranda böyümüşdü. Heç öz anası da bilmirdi ki, oğlu narkomandır. Hər gün narkotik çəkirdi, özündə olmurdu. Mən də başa düşmürdüm ki, özünü niyə belə halsız aparır. Toydan 2 ay sonra başa düşdüm ki, bütün qazancını narkotik vasitələrə verirmiş. Məni elə döyürdü ki, günlərlə ağrıdan sızıldıyırdım. O təhqir qalmırdı ki, mənə deməsin. Mənə deyirdi sən əxlaqsızsan. Evə gəlirdi, məcbur edirdi ki, etmədiyim sözləri, hərəkətləri boynuma alım. Məni həbsdə saxlayırdı. Heç kimlə danışmağa imkan vermirdi. Nə ailəmlə, nə öz bacı-qardaşları ilə. Hamilə idim, səhərdən axşama tək qalırdım, qorxurdum ki, başıma bir iş gələcək, səsimi də eşidən olmayacaq".

Pəri danışdıqca köynəyinin qollarını barmaqlarının ucuna qədər çəkirdi. Hava soyuq deyildi, ola bilməzdi ki, üşüsün. Onun bu hərəkəti diqqətimi çəkirdi. Ağlıma başqa fikirlər gəlirdi, amma sonra yaşını nəzərə alıb öz-özümə "ola bilməz" deyirdim. Qollarına baxdığımı görüb, yenidən başına gələnləri qaldığı yerdən danışmağa başladı:

"Mətbəxdə yemək hazırladığım zaman gəlib dava salırdı ki, bu yeməyi bişirmə. Təzədən başqa yemək elə. Hər şeyi problem edirdi. Bibim də bütün bunları görürdü, amma heç nə etmirdi. Qaynımın biri azərbaycanlı xanımla evlənmişdi. Bibimə deyirdi ki, gəlin Azərbaycana, burda şərait yaxşıdı. İş-güc qurub, qalarsız burada. Elə oldu ki, bibim, oğlanları, mən, uşaqlarım gəldik bura. Yol pulunu düzəltməyə imkanımız çatmamışdı deyə, evi banka qoyub pul götürmüşdülər. Hava limanına enəndə bizi atam qarşıladı. Amma məni onunla getməyə qoymadılar. Qaynım israr elədi ki, qoyun getsin, atası ilə görüşsün. Birinci gün atamgildə qaldım. Sonra qaynım gəldi, məni apardı. Qayınatam, qayınanam, o biri qayınlarım, baldızım, hamımız Azərbaycandakı qaynımın evində qaldıq. Axşam yeməyindən sonra qayınatam dedi ki, su gətir, ayaqlarımı yuyum..."

Danışdığı yerdə birdən susdu. Elə bildim, halı pisləşdi. Sonra hönkürərək ağlamağa başladı... Pərinin hekayəyə necə davam edəcəyi məni qorxudurdu. Heç bilmirim davam edim, yoxsa yekunlaşdırım.

"Mənə elə bir iftira atdılar ki..."

Danışdıqca ağlayır, peşmançılıqlarını dilə gətirirdi. Bu ədalətsiz həyatı uduzduğunu deyirdi: 


Xəbərə aid fotolar