Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 13 Apr 2018 23:00:00 250 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 73,37 dollar/barel təşkil edib.

Bakı. Maksim Tsurkov – CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 73,37 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,11 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 72,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,13 dollar/barel azdır.