Evinin həyətində muzey yaratdı VİDEO


Digərləri 13 Apr 2018 21:48:00 245 0

Evinin həyətində muzey yaratdı  VİDEO

3 mindən çox eksponat yığaraq həyətində muzey düzəldib. Son.az bildirir ki, Balakən rayon sakini, tarixçi Akif Məmmədli uzun illərin zəhməiti ilə çox zəngin və maraqlı muzey yarada bilib. 30 il müddətində ərsəyə gələn muzeydə müxtəlif cür antik əşyaya rast gəlmək olar.

Eksponatlar bölgənin məskunlaşma tarixini və min illər boyu mədəni yaşamını özündə ehtiva edir. Muzeyin eksponatları əsasən yerli sakinlər tərəfindən bağışalnıb. Bir qismi isə qazıntılar zamanı əldə olunub.

Muzey ziyərət eləmək istəyənlərin üzünə açıqdır. Buranı yerli sakinlərlə yanaşı Türkiyə, Hollandiya, Sinqapur və sair ölkələrdən elm adamları ziyarət edib. Muzeydə həm də şagirdlər üçün açıq dərslər təşkil olunub.