Avtomobillə traktor toqquşub, xəsarət alanlar var


Digərləri 13 Apr 2018 21:42:00 253 0

Avtomobillə traktor toqquşub, xəsarət alanlar var

Goranboyda avtomobillə traktor toqquşub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Qızılhacılı-Goran avtomobil yolunun Məşədiqaralar kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Əliyev Əfqan və 1990-cı il təvəllüdlü Mehdiyeva Lalə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.