Dərmanların qəbulu nəticəsində yaranan hallar


Digərləri 13 Apr 2018 21:09:00 278 0

Dərmanların qəbulu nəticəsində yaranan hallar

Müasir dövrdə kimyəvi dərman preparatlarının istifadəsinin artması nəticəsində dərman xəstəlikləri geniş vüsət alıb və hər il minlərlə xəstənin həyatına son qoyur. Müalicə üçün dərman təyin edilməsi bir çox orqanların funksiyasına mənfi təsir göstərir.

Bakıdakı 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim-terapevti Məlahət Osmanovanın dediyinə görə, dərman xəstəlikləri əsasən preparatların gözlənilməz əlavə təsirləri və onların çox yüksək dozalarda təyin olunması nəticəsində yaranır.

Son.az bildirir ki, həkim bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verərək deyib: "Dərman xəstəlikləri immun və autoimmun xarakter daşıyır və bu zaman baş verən reaksiyalar üç qrupa bölünür: kəskin, yarımkəsin və ləng tipli reaksiyalar.

Kəskin reaksiyalar dərman qəbulundan dərhal və ya 1 saata qədər vaxt keçdikdən sonra baş verir. Həmin reaksiyalara anafilaktik şok, astmatik status, kəskin məxmərək və kəskin hemoliz aiddir. Yarımkəskin reaksiyalar dərman qəbulundan sonra bir-iki gün ərzində əmələ gəlir. Onlara dəri səpgiləri, üşütmə və qızdırma kimi reaksiyalar aiddir. Ləng tipli reaksiyalar dərman qəbulundan bir neçə gün sonra meydana çıxır. Toksiki limfadenitlər, miokarditlər, hepatitlər və nefritlər həmin reaksiyalara aiddir.