Portuqaliya gimnastı: Azərbaycan idmançıları həmişə çox qonaqpərvərliklə qarşılayır


Digərləri 13 Apr 2018 20:37:00 251 0

Portuqaliya gimnastı: Azərbaycan idmançıları həmişə çox qonaqpərvərliklə qarşılayır

Azərbaycan idmançıları həmişə çox qonaqpərvərliklə qarşılayır.

Bakı. Ənvər Məmmədov - Azərbaycan idmançıları həmişə çox qonaqpərvərliklə qarşılayır. Bunu Trend-ə Portuqaliya gimnastı Anna Rente Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa çempionatı çərçivəsində batutla tullanma üzrə təsnifat çıxışından sonra deyib. Gimnast deyib: "Mən çox şadam ki, yenidən Bakıdayam. Azərbaycan çox xoşuma gəlir, çünki bizi həmişə gözəl insanlar çox qonaqpərvərliklə qarşılayırlar. Burada yarışlar çox yaxşı keçir, biz hər bir idmançını izləyən tamaşaçıların dəstəyini hiss edirik. Bu xoşdur". Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının ikinci günü keçirilir. Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır. Gimnastlar üçün doğma məkana çevrilmiş arenada aprelin 15-dək davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirir.