Rus Dram Teatrında “Mən, sən, pəncərə... məşuq” tamaşasının premyerası olacaq


Kriminal 13 Apr 2018 20:20:00 316 0

Rus Dram Teatrında “Mən, sən, pəncərə... məşuq” tamaşasının premyerası olacaq

Rus Dram Teatrında ingilis dramaturqu Rey Kuninin "Qarışıqlıq" pyesi əsasında "Mən, sən, pəncərə... məşuq" tamaşası səhnələşdirilir.

Rejissor, xalq artisti İranə Tağızadənin quruluş verdiyi bu pyes keçmiş Sovet məkanında "№ 13" adı ilə məşhur idi. Dramaturqla razılaşma əsasında pyes Rus Dram Teatrının səhnəsində "Mən, sən, pəncərə... məşuq" adı ilə oynanılacaq.

Məlumat üçün bildirək ki, bu, dramaturqun ən yaxşı əsərlərindən biridir və Lourens Olivye (London Teatr Cəmiyyəti tərəfindən) mükafatına layiq görülüb. Tamaşada hadisələr Britaniya Parlamentinin üzvü olan nüfuzlu bir şəxsin beş ulduzlu "Vestminster" otelində siyasi rəqibinin cazibədar katibəsi ilə xoş axşam keçirmək istəyindən başlayır. Əgər otel otağının nömrəsi 13, pəncərəsi Biq Benlə üzbəüz olmasaydı, hər şey yaxşı olardı. Bu, cənab Uillinin başına təsəvvür edə bilməyəcəyi gözlənilməz hadisələrin gəlməsinə səbəb olur. Uğursuz rəqəm sevgililər üçün fəlakətə səbəb olur, onlar münasibətlərinin kulminasiya məqamında pəncərədə naməlum bir adamın cəsədinin sıxıldığını görürlər.