Bank VTB (Azərbaycan) yeni “Onlayn hüquq məsləhətçisi” məhsulunu təklif edir


Digərləri 13 Apr 2018 20:27:16 241 0

Bank VTB (Azərbaycan) yeni “Onlayn hüquq məsləhətçisi” məhsulunu təklif edir

Azərbaycanda ilk dəfə bank VTB (Azərbaycan) müştərilərinə onlayn rejimdə hüquq məsləhəti almağa imkan verən “Onlayn hüquq məsləhətçisi” adlı məhsul təklif edir.

Bakı. Azərbaycanda ilk dəfə bank VTB (Azərbaycan) müştərilərinə onlayn rejimdə hüquq məsləhəti almağa imkan verən “Onlayn hüquq məsləhətçisi” adlı məhsul təklif edir. Bankdan Trend-ə verilən məlumata görə, məhsul Avropa Hüquq Xidməti ilə birgə hazırlanıb və 8 ölkə - Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Polşa və Almaniya qanunvericiliyini nəzərə alaraq müştərilərə istənilən vaxtı və onlayn rejimdə bir sıra məsələlər üzrə hüquq məsləhəti almağa imkan verir. Təklif olunan xidmətlər sırasına standart sənədlərin və onların tərtib edilməsi üzrə təlimatların verilməsi, müxtəlif sənədlərlə bağlı məsləhətlər, biznes-layihələrin hazırlanmasında kömək, danışıqların aparılması, eləcə də bir sıra məsələlər üzrə, o cümlədən sahibkarlıq məsələləri üzrə şifahi hüquqi məsləhətlər daxildir.