Azərbaycan gimnastı Avropa çempionatının yarımfinalına çıxdı


Digərləri 13 Apr 2018 20:05:00 282 0

Azərbaycan gimnastı Avropa çempionatının yarımfinalına çıxdı

Azərbaycan gimnastı İlya Qrişunin Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa çempionatında ikili mini-batut və tamblinq yarışlarında yarımfinala çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan təmsilçisi 109,215 bal toplayıb.

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı davam edir. Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada aprelin 15-dək davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirir.

Ötən gün Azərbaycan gimnastı Mixail Malkin tamblinq yarışlarında finala yüksəlib.


Xəbərə aid fotolar