Qətər Əmirinin müavini: "Qətərli turistlər Azərbaycandan böyük təəssüratla qayıdır"


Digərləri 13 Apr 2018 20:04:03 229 0

Qətər Əmirinin müavini: "Qətərli turistlər Azərbaycandan böyük təəssüratla qayıdır"

Azərbaycan səfiri Rəşad İsmayılov etimadnaməsini Qətər Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Taniyə təqdim edib.

Son.az Trend-ə istinadən bildirir ki, Şeyx Abdullah bin Həməd Al Tani ilə keçirilmiş görüş zamanı R.İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Əmirin müavininə çatdıraraq, ona tapşırılmış məsuliyyətli vəzifəyə uyğun olaraq Azərbaycan-Qətər əməkdaşlığının yüksələn xətlə inkişafı üçün çalışacağını bildirib.

Səfir son illər ərzində dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyini qeyd edərək, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlığın olduğunu bildirib.

Səfir Qətərin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edən səfir, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Qətərin dəstəyinə ümid etdiyimizi əlavə edib.