"Neftçi"nin futbolçularına baş məşqçidən qadağa


İdman 13 Apr 2018 20:09:00 263 0

"Neftçi"nin futbolçularına baş məşqçidən qadağa

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında “Qəbələ” üzərində səfər qələbəsi qazanan “Neftçi”də qadağa qoyulub. Goal.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov yenidən oyunçuların mətbuata danışmasına icazə vermir. Bu, gələn həftə 8-ci km qəsəbə stadionunda keçiriləcək cavab görüşünə qədər qüvvədə qalacaq. Əhmədov bu addımı yetirmələrinin cavab görüşünə daha yaxşı motivasiya olunması üçün atıb. “Neftçi” – “Qəbələ” matçı aprelin 18-də keçiriləcək. Bu komandalar arasındakı ilk oyunda paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanıb.