Azərbaycan gimnastı Avropa çempionatının yarımfinalına çıxdı (FOTO)


Digərləri 13 Apr 2018 19:55:00 231 0

Azərbaycan gimnastı Avropa çempionatının yarımfinalına çıxdı (FOTO)

Azərbaycan gimnastı İlya Qrişunin Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa çempionatında ikili mini-batut və tamblinq yarışlarında yarımfinala çıxıb.

Bakı. Ənvər Məmmədov - Azərbaycan gimnastı İlya Qrişunin Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa çempionatında ikili mini-batut və tamblinq yarışlarında yarımfinala çıxıb. Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi 109,215 bal toplayıb. Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı davam edir. Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır. Gimnastlar üçün doğma məkana çevrilmiş arenada aprelin 15-dək davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirir. Ötən gün Azərbaycan gimnastı Mixail Malkin tamblinq yarışlarında finala yüksəlib.