Yerevanın mərkəzində Ermənistan müxalifəti mitinq keçirir


Dünya 13 Apr 2018 19:43:37 247 0

Yerevanın mərkəzində Ermənistan müxalifəti mitinq keçirir

Aksiya Serj Sarqsyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinə etiraz olaraq təşkil edilib

Ermənistanın paytaxtıYerevanın mərkəzində, "Azadlıq" meydanında "Mülki Müqavilə" müxalif qurumunlideri Nikola Paşinyanın tərəfdarlarının mitinqi başlayıb.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, aksiyada kifayət qədər insan iştirak edir, meydan tamamilə dolub.

Deputat Nikola Paşinyan vətəndaşları mitinqdə aktiv iştirak etməyəçağırıb.

Xatırladaq ki, aksiya Serj Sarqsyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinə etiraz olaraqtəşkil edilib.