Azarkeş: "Yaxşı haldır ki, Azərbaycanda Avropa çempionatı kimi mötəbər idman tədbiri keçirilir"


Digərləri 13 Apr 2018 19:00:35 311 0

Azarkeş: "Yaxşı haldır ki, Azərbaycanda Avropa çempionatı kimi mötəbər idman tədbiri keçirilir"

Çox yaxşı haldır ki, ölkədə batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa çempionatı kimi mötəbər idman tədbiri keçirilir.

Son.az bildirir ki, bunu Trend-ə  azarkeş Şəlalə Namazova deyib.

Azarkeş deyib: "Mən nəvəmi və onun dostunu yarışlara baxmağa gətirmişəm, onlar da artıq 1 ildir ki, gimnastika ilə məşğul olurlar. İstəyirəm ki, onlar müxtəlif ölkələrdən olan idmançıları, məşhur çempionları canlı görsünlər, hesab edirəm ki, bu, onlara gələcəkdə idmanla daha məhsuldar məşğul olmağa və məqsədlərinə doğru inamla irəliləməyə yardım edəcək".

Ş.Namazova azarkeşlər üçün hər cür şəraitin yaradıldığını xüsusi vurğulayıb.

Azarkeş əlavə edib: "Gimnastika arenası çox gözəldir, idmançıların çıxışları çox maraqlıdır, müsbət əhval-ruhiyyə var".

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı davam edir. Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.