Rusiyalı idmançı: "Yalnız Azərbaycan gimnastika yarışlarını belə yüksək səviyyədə keçirilə bilər"


Digərləri 13 Apr 2018 18:49:26 284 0

Rusiyalı idmançı: "Yalnız Azərbaycan gimnastika yarışlarını belə yüksək səviyyədə keçirilə bilər"

Heç kim gimnastika yarışlarını Azərbaycan Gimnastika Federasiyası kimi maraqlı təşkil etmir.

Son.az bildirir ki, bunu Trend-ə Bakıda Avropa çempionatının batut yarışlarında mübarizə aparan rusiyalı gimnast Dmitri Uşakov deyib.

O bildirib ki, Bakıda artıq ənənəvi hal almış yarışları çox bəyənir: "Düşünürəm ki, heç kim yarışları belə maraqlı keçirmir. Burada hər şeyin daha gözəl və əyləncəli olması və turnirdə iştirak üçün şou da vacibdir. Biz Bakıya gələndə əmin idik ki, elə bu cür də olacaq. Çünki azərbaycanlı təşkilatçılar yarışlara necə hazırlaşdıqlarını artıq göstəriblər. Hər şeyə görə və tamaşaçılar üçün belə maraqlı əyləncələrə görə təşəkkürlər!"

Öz çıxışına gəlincə, idmançı qeyd edib ki, ümumilikdə çıxışından razı qalıb:

"Bugünkü tapşırıq yerinə yetirildi - fərdi yarışlarda yarımfinala yüksəldim, komanda hərəkətlərində isə finala çıxdıq. Buna görə də bugünkü çıxışımdan razıyam. Növbəti çıxışlara hazırlaşacağıq".

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı davam edir. Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.