İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib (FOTO)


Digərləri 13 Apr 2018 18:43:00 261 0

İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib (FOTO)

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Saatlıda istehlakçı hüquqlarına dair Konfrans keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Saatlıda istehlakçı hüquqlarına dair Konfrans keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə iştirakçıları məlumatlandırıblar.