"Bayern Munchen" tənqid olundu: "Qeyri-peşəkarlıq və hörmətsizlikdir"


İdman 13 Apr 2018 18:26:00 338 0

"Bayern Munchen" tənqid olundu: "Qeyri-peşəkarlıq və hörmətsizlikdir"

"Bayern Munchen" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb. Goal.az xəbər verir ki, iyulun 1-dən Niko Kovaç Münhen klubunun sükanı arxasına keçəcək. "Bavariya" xorvat mütəxəsislə 3 illik müqaviləni razılaşdırdıqlarını bildirib. Kovaça görə "Eintracht"a 2.2 milyon avro təzminat ödəniləcək. Amma Frankfurt klubu Bundesliqa çempionunun bu davranışını etik hesab etmir. "Eintracht"ın idman direktoru Fredi Bobiç məsələ ilə əlaqədar bunları deyib:

"Onlar tərəfindən seçilən vaxt bizi təəccübləndirdi. İrəlidə nə qədər vacib oyunumuz var. Bu xəbərlərin gecədən başlayaraq Münhen mediasından ortaya çıxması qeyri-peşəkarlıq və hörmətsizlikdir".