Azərbaycan gimnastı ikili mini-batutda Avropa Çempionatının finalına çıxdı


Digərləri 13 Apr 2018 18:22:00 225 0

Azərbaycan gimnastı ikili mini-batutda Avropa Çempionatının finalına çıxdı

Azərbaycan gimnastı Selcan Maqsudova Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa çempionatında ikili mini-batut yarışlarında finala çıxıb.

Bakı. Ənvər Məmmədov - Azərbaycan gimnastı Selcan Maqsudova Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa çempionatında ikili mini-batut yarışlarında finala çıxıb. Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi 64,500 bal toplayıb. Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı davam edir. Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır. Gimnastlar üçün doğma məkana çevrilmiş arenada aprelin 15-dək davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirir.