Donald Trampın yeni maşını barədə


Digərləri 13 Apr 2018 18:04:47 388 0

Donald Trampın yeni maşını barədə

ABŞ prezidenti Donald Tramp üçün yeni zirehli, Cadillac markalı avtomobil hazırlanıb.

Son.az ABC-yə istinadən bildirir ki, maşın ABŞ-ın Məxfi Xidmətinə (Secret Service) təhvil verilib.

1,5 milyon dollarlıq maşın ABŞ-ın sabiq prezidenti Barak Obamadan qalan modeli əvəzləyəcək.

Ənənəvi olaraq "The Beast" ("Yırtıcı") adlandırılmış maşın sınanır. O, Birləşmiş Ştatların dövlət başçısını atıcı, kimyəvi silahlardan, habelə qumbaralardan və minalardan qorumalıdır.

Bu Cadillac dünyanın ən təhlükəsiz avtomobili sayılır.


Xəbərə aid fotolar