“Full” paketlərinə 50 minədək “Nar” abunəçisi qoşulub


Digərləri 13 Apr 2018 18:18:00 203 0

“Full” paketlərinə 50 minədək “Nar” abunəçisi qoşulub

“Nar”-ın sərfəli “Full” paketlərindən istifadə etmiş abunəçilərin sayı qısa müddət ərzində 50 minə çatıb.

Bakı. “Nar”-ın sərfəli “Full” paketlərindən istifadə etmiş abunəçilərin sayı qısa müddət ərzində 50 minə çatıb. Şirkətdən Trend-ə verilən məlumata görə, sərfəli qiymətə ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Xatırladaq ki, “Nar”-ın təqdim etdiyi “Full” paketləri Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq “yanmayan” bonuslar təcrübəsinə əsaslanır. Belə ki, keçirilmiş çoxsaylı sorğular və abunəçilərin istəkləri əsasında bonusların yanmaması və bir sonrakı aya keçirilməsi təmin edilib. Abunəçilərin sorğularına əsasən, bonusların toplanmasından başqa, həm də qalıq bonusların dəyişdirilməsi funksiyası – “Exchange” təklifi irəli sürülüb. Beləliklə, “Full” paketlərinin daha bir özəlliyi “Nar” abunəçilərinin dəqiqələri meqabaytlara və ya, əksinə, meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahib olmalarıdır. Bununla daha bir ilkə imza atmış “Nar” artıq “Full” paketlərinin istifadəçilərinə öz bonuslarından istədikləri şəkildə istifadə etmək, onları digər bonuslarla dəyişmək fürsətini də verib. “Exchange” təklifi çərçivəsində mümkün olan bu fürsət sayəsində abunəçi topladığı yüzlərlə dəqiqə və megabaytları dəyişə bilir. Rominqdə olan “Full” istifadəçiləri də toplanan bonuslardan növbəti ayda istifadə etmək fürsəti qazanırlar. Belə ki, Türkiyə və ya İranda rominqdə olan “Nar” istifadəçiləri 2 GB-dək internet bonusu əldə edirlər.