Azarkeş: Bakıda batut gimnastikası və tamblinq üzrə Avropa çempionatının açılış mərasimi möhtəşəm idi


Digərləri 13 Apr 2018 18:19:03 247 0

Azarkeş: Bakıda batut gimnastikası və tamblinq üzrə Avropa çempionatının açılış mərasimi möhtəşəm idi

Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının açılış mərasimi sadəcə möhtəşəm idi.

Bakı. Cani Babayeva - Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının açılış mərasimi sadəcə möhtəşəm idi. Bunu Trend-ə gimnastika yarışlarının azarkeşi Svetlana Əliyeva deyib. O, hər şeyin çox gözəl təşkil olunduğunu bildirib: "Açılış mərasimi isə sadəcə möhtəşəm idi. Biz hətta mərasimi çəkdik və sosial şəbəkələrdəki səhifələrimizdə kadrları paylaşdıq. Düşünürəm ki, bu mərasim hələ uzun müddət yaddaşlarda qalacaq". S.Əliyeva azərbaycanlı idmançılara yarışlarda uğurlar arzulayıb: "İdmançılarımıza hər şeyin ən yaxşısını, hər zaman birinci olmalarını, ən yüksək yerləri tutmalarını arzulayıram. Onlar möhtəşəmdirlər, qarşılarına məqsəd qoyublar. İnanırıq ki, onlarda hər şey alınacaq". Azarkeş Azərbaycan komandasının üzvləri arasında Fərid Mustafayev və Selcan Maqsudovanın onun favoritləri olduğunu qeyd edib. Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı davam edir. Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.