Baş nazir: "Macarıstan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir"


Digərləri 13 Apr 2018 17:35:17 153 0

Baş nazir: "Macarıstan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir"

Macarıstanın baş naziri Viktor Orban ​Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib

Macarıstanın baş naziriViktor OrbanAzərbaycan Prezidenti İlham Əliyeviprezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Biz müstəqil Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada iqtisadi inkişafla bağlı əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiririk.

Macarıstan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir. Məmnuniyyətlə demək istəyirəm ki, ötən illər ərzində ikitərəfli münasibətlərimizin daha da dərinləşməsinə nail olmuşuq. Əmin ola bilərsiniz ki, Macarıstan hökuməti ölkələrimiz arasında mövcud olan hərtərəfli və qarşılılıqlı faydalı əməkdaşlığımızın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram",