2 avtomobil toqquşdu:


Digərləri 13 Apr 2018 17:11:00 277 0

2 avtomobil toqquşdu:

Ağstafada baş verən avtomobil qəzasında 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Ağstafa şəhərində iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü İqbal Namazov, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Namazova Aytən Alı qızı və 5 yaşlı övladları Yusif xəsarət alıblar.

Həmçinin avtomobildə olan 1989-cu il təvəllüdlü Alıyeva Aygün Valeh qızı və 1 yaşlı Əliyev Onur Vüqar oğlu da xəsarət alıblar. Xəsarət alanlar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə İ.Namazov rayon xəstəxanasında reanimotoloq işləyir.

Faktla bağlı araşdırma aparılır.