Rusiyanın taksi-xidməti şirkəti Ermənistan vətəndaşlarını işdən çıxarıb


Dünya 13 Apr 2018 16:56:37 273 0

Rusiyanın taksi-xidməti şirkəti Ermənistan vətəndaşlarını işdən çıxarıb

Ermənistanın verdiyi sürücülük vəsiqəsi peşəkar fəaliyyət göstərmək üçün Rusiya tərəfindən tanınmır

“Rusiyanın “Yandex” taksi-xidməti Ermənistan vətəndaşı olan sürücülərlə işləməkdən imtina edir”.

“Report” xəbər verir ki, bu barədə Ermənistanda çıxan “Jamanak” qəzeti məlumat yayıb.

“Yandex” bildirib ki, onların sürücülük vəsiqəsi 4 dövlətdən birinə - Rusiya, Belarus, Qırğız Respublikası və Qazaxıstana məxsus olmalıdır. Nəticədə minə yaxın erməni əsilli sürücü taksi sürücülüyündən məhrum olaraq işsiz qalıb”, - qəzet yazıb.

Mütəxəssislər qeyd ediblər ki, Ermənistanın verdiyi sürücülük vəsiqəsi peşəkar fəaliyyət göstərmək üçün Rusiya tərəfindən tanınmır.