Almaniya XİN rəhbəri:


Dünya 13 Apr 2018 17:06:00 237 0

Almaniya XİN rəhbəri:

Rusiya Bəşər Əsədi qoruyur. Buna daha dözüm göstərə bilmərik. Rusiya üzərində siyasi təzyiqi artırmalıyıq.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Heiko Maas deyib.

"Ukrayna, Suriya və Solsberidə yaşananlara baxanda bu hadisələrin açıq şəkildə Rusiya ilə əlaqəli olduğunu görürsünüz. Eyni zamanda, Qərbdəki demokratik seçkilərə müdaxilədə Rusiyanın əli var. Rusiya siyasətini dəyişdirməlidir, əks təqdirdə, Suriya problemi həll olunmaz", - deyə nazir vurğulayıb.