Premyer Liqa klubları Mendeşə görə narahatdır


İdman 13 Apr 2018 16:48:00 302 0

Premyer Liqa klubları Mendeşə görə narahatdır

İngiltərə Premyer Liqasının klubları Wolverhampton-un yüksək dəstəyə vəsiqə qazanmasından narahatdır. Goal.az xəbər verir ki, elita təmsilçiləri sözügedən klubun sahibi Quo Quançanla məşhur agent Jorje Mendeş arasındakı sıx münasibətdən narahatdır. Hesab olunur ki, çinli iş adamı ilə Mendeşin əməkdaşlığı mənafelərin toqquşmasına gətirib çıxarır. Bu əlaqə gələcəkdə Wolverhampton-un transfer bazarında üstünlüyü ələ keçirməsinə səbəb ola bilər. Quançanın hazırda sərvəti 7.3 milyard dollar qiymətləndirilir. Hazırda Wolverhampton İngiltərənin aşağı divizionu Championship-də liderdir.