Şamaxıda daha bir kənddə sürüşmə baş verdi - 2 evdə çatlar yarandı


Digərləri 13 Apr 2018 16:05:00 254 0

Şamaxıda daha bir kənddə sürüşmə baş verdi - 2 evdə çatlar yarandı

Şamaxı rayonunda daha bir kənddə sürüşmə hadisəsi baş verib.

Bakı. Samir Əli - Şamaxı rayonunda daha bir kənddə sürüşmə hadisəsi baş verib. Bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə rayonun Adnalı kəndində qeydə alınıb: "Sürüşmə nəticəsində kənddə 2 evdə çatlar əmələ gəlib. Bu kənddə əvvəllər də sürüşmə olmuşdu, 8 evdə çatlar əmələ gəlmişdi. Aprelin 12-də daha iki evdə çat yaranıb".