Azərbaycanlı tələbə Çində universitet birincisi olub FOTO


Digərləri 13 Apr 2018 15:45:00 346 0

Azərbaycanlı tələbə Çində universitet birincisi olub  FOTO

Çinin Renmin Universitetində təhsil alan azərbaycanlı tələbə Fərahim Hüseynzadə bu ali təhsil ocağının daxili təqaüdü və ən yüksək mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən tələbə "Academic Performance" kateqoriyası üzrə Renmin Universitetində fakültə, ümumilikdə isə universitet üzrə birinci yerə yüksəlib. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya, Fransadan olan həmkarlarını qabaqlayıb.

Qeyd edək ki, F.Hüseynzadə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Çin Xalq Respublikası Hökumətinin qarşılıqlı müqaviləsi əsasında (Chinese Government Scholarships) nüfuzlu Renmin Universitetində "Çinin biznes hüququ" ixtisası üzrə magistr pilləsində tam təqaüdlə təhsil alır.


Xəbərə aid fotolar