Almaniyanın "Beynəlxalq Humanitar Tibbi Yardım" təşkilatının Azərbaycan üzrə rəhbəri İlham Əliyevi təbrik edib


Digərləri 13 Apr 2018 15:33:00 247 0

Almaniyanın "Beynəlxalq Humanitar Tibbi Yardım" təşkilatının Azərbaycan üzrə rəhbəri İlham Əliyevi təbrik edib

Almaniyanın "Beynəlxalq Humanitar Tibbi Yardım" təşkilatının Azərbaycan üzrə rəhbəri, professor doktor Ağabəy Azərbaycani Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Almaniyanın "Beynəlxalq Humanitar Tibbi Yardım" təşkilatı adından təbrik edirəm.

Atanız Heydər Əliyevin və Sizin prezidentliyiniz dövründə Azərbaycanda əldə olunan böyük uğurları müşahidə etmək imkanım olub. Səhiyyənin inkişafı ilə bağlı gördüyünüz tədbirləri, o cümlədən bu sahə ilə bağlı dövlət proqramlarının qəbul olunmasını, yeni sağlamlıq müəssisələrinin yaradılmasını xüsusi qeyd etmək istərdim. Bunların sayəsində Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində mühüm uğurlar əldə edilib. Səhiyyənin inkişafı istiqamətində davamlı səylərinizə görə Sizə təşəkkür edir və uğurlarınızın davamlı olmasını arzulayırıq.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı çatdırıram".