Bilik Fondunun təcrübəçiləri Bakı Yunus Emre İnstitutunun qonağı oldular


Digərləri 13 Apr 2018 15:18:00 224 0

Bilik Fondunun təcrübəçiləri Bakı Yunus Emre İnstitutunun qonağı oldular

Aprelin 12-də Azərbaycan Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən tələbələrin Türkiyənin Yunus Emre İnstitutunun Bakıda yerləşən nümayəndəliyində görüşü təşkil olunub.

Bakı. Aprelin 12-də Azərbaycan Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən tələbələrin Türkiyənin Yunus Emre İnstitutunun Bakıda yerləşən nümayəndəliyində görüşü təşkil olunub. Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənovun rəhbərliyi ilə sektorun əməkdaşları və Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin tələbələrinin qatıldığı görüşdə qonaqlar institutun iş şəraiti və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar. Görüşdə Bakı Yunus Emre İnstitutunun direktoru Cihan Özdemir “Milli kimlik və varislik” mövzusunda mühazirə ilə çıxış edib. Tələbələrə milli özünüdərkin formalaşmasında mədəniyyətin rolundan danışan C.Özdemir ənənələrə sadiqliyin üstünlüklərindən söz açıb və bildirib ki, insanların rahatlıq tapdığı cəmiyyətin qurulması milliləşməyə sadiq qalmaqdan keçir. Müasir insanın fərdi inkişaf yolunda yanlışlıqlara yol verdiyini deyən natiq bu səhvlərin nəticəsində fərdin təklənərək eqoizmə qapıldığını, bununla toplumdan uzaq düşməyin ağır fəsadlar törətdiyini diqqətə çatdırıb.