Rusiya XİN başçısı: "Suriya ilə bağlı ən kiçik səhv yeni köç dalğasına səbəb ola bilər"


Dünya 13 Apr 2018 14:44:35 257 0

Rusiya XİN başçısı: "Suriya ilə bağlı ən kiçik səhv yeni köç dalğasına səbəb ola bilər"

"Ultimatum və təhdidlərlə Suriya ilə bağlı danışıqlara yardım edilmir"

“Ultimatum və təhdidlərlə Suriya ilə bağlı danışıqlara yardım edilmir”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada hollandiyalı həmkarı Stef Blokla keçirdiyi birgə mətbuat konfransında ABŞ prezidenti Donald Trampın Suriyada ehtimal olunan hərbi əməliyyatla bağlı fikrinə münasibət bildirərkən deyib.

“Suriya ilə bağlı ən kiçik səhv yeni köç dalğasına səbəb ola bilər. Bu, Suriyada da Liviyada olduğu kimi, avantüraya yol açar. İndi heç kim bu avantüraya getməz”, - S.Lavrov vurğulayıb