BP şirkətinə işə düzəltmək adı ilə dələduzluq edən şəxsin məhkəməsində zərərçəkmiş dindirilib


Sosial 13 Apr 2018 14:50:22 371 0

BP şirkətinə işə düzəltmək adı ilə dələduzluq edən şəxsin məhkəməsində zərərçəkmiş dindirilib

Proses aprelin 19-da davam etdiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Pərvin Hüseynzadə ifadə verib.

O bildirib ki, BP şirkətinə işə düzəlmək üçün S.Əhmədova 4 min manat pul verib.

Təqsirləndirilən S.Əhmədov şahidin dediklərini təsdiqləyib.

Proses aprelin 19-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxs BP neft şirkətinə işə düzəltmə adı ilə 6 nəfərə 20 min manata yaxın ziyan vurub.

S.Əhmədov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.