Məmur ərini döydüyü deyilən qadın: "O şeytandır" FOTO


Kriminal 13 Apr 2018 14:34:00 324 0

Məmur ərini döydüyü deyilən qadın: "O şeytandır"  FOTO

Onun 120, mənim isə 67 kiloqram çəkim var. Mən onu necə döyə bilərəm!?.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Sumqayıtda keçmiş əri, sabiq polis əməkdaşı Nəsib Abışovu döydüyü iddia edilən Natavan Abışova deyib.

Onun sözlərinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyində (ƏƏSMN) baş müfəttiş vəzifəsində çalışan N.Abışovdan bu il fevralıln 5-də rəsmi olaraq ayrılıb. 

N.Abışova bildirib ki, ötən ilin avqust-sentyabr aylarında əri tərəfindən mütəmadi döyülüb və beş ay anasının evində yaşayıb: "Bu müddət ərzində məhkəmyə müraciət etdim və rəsmi olaraq boşandım. Məhkəmənin qərarı ilə yaşadığımız ev iki hissəyə bölündü. Lakin o, evin bütün otaqlarından və əşyalarından, mən isə iki övladım - bir oğlan, bir qız ilə yalnız bir otağından istifadə edə bilirik. Biz bir otağa sakitcə girib çıxırıq, evdə sakit gəzirik, səs-küy salmırıq. Çünki adi bir səs olan kimi məni və övladlarımı döyür. Oğlum məni onun əlindən ala bilmirdi. Hətta mənə deyirdi ki, öz doğma oğlunun cibinə narkotik maddə qoyub onu şərləyəcək. Bir insan öz doğma oğluna qarşı bunu necə edə bilər axı!? Gördüm belə alınmayacaq oğlumu xaricə göndərdim. Evdə nə internetdən istifadə edə, nə də televizora baxa bilirik. Mənim də, qızımın da əsəbləri pozulub. Hər gün evə içkili vəziyyətdə gəlir və bir bəhanə axtarır ki, ya məni döysün, ya da qızımı. Biz evdə olmayanda isə bizim otağa girib, qızımın və mənim şəxsi əşyalarımızı, geyimlərimizi qarşıdırıb otağın ortasına tökür. Evdə əxlaqsız hərəkətlər edir, məni və qızımı nalayiq ifadələrlə söyərək təhqir edir".  


Xəbərə aid fotolar