Dumada ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi hazırlanıb
Dünya 13 Apr 2018 14:24:00 254 0
Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi təqdim olunub.
Son.az APA-a istinadən xəbər verir ki, sənədi spiker Vyaçeslav Volodin və 4 parlament fraksiyasının liderləri hazırlayıb.
V. Volodin açıqlamasında bildirib ki, qanun layihəsi ABŞ və onun vəzifəli şəxsləri tərəfindən Rusiya Federasiyası, onun vətəndaşları, hüquqi şəxslərinə qarşı sanksiya, qeyri-konstruktiv fəaliyyətlər, düşməncəsinə ifadələrə cavab olaraq işlənib hazırlanıb.
Qanun layihəsi hələlik qanunverici orqanın elektron bazasında qeydiyyatdan keçməyib.
İlkin müzakirələrin aprelin 16-da keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, aprelin 6-da ABŞ Maliyyə Nazirliyi rusiyalı top-menecerlərin, biznesmenlərin və məmurların olduğu yeni sanksiya siyahısını açıqlayıb.
Mənbə: milli.az