Babək prospektində vurulan piyada hadisə yerində ölüb


Digərləri 13 Apr 2018 13:56:57 252 0

Babək prospektində vurulan piyada hadisə yerində ölüb

Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Orxan Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zaur Osmanovu və Beyləqan rayon sakini Gülarə Rəfiyevanı vurub.