“Yoldaşı xərçəngdir deyə, pul gətirmir”


Şou-biznes 13 Apr 2018 13:34:00 322 0

“Yoldaşı xərçəngdir deyə, pul gətirmir”

ARB TV-nin "Sirdaş Rövşanə" proqramının növbəti qonağı müğənni Zeynəb Dostəliyeva olub.

Son.az bildirir ki, o, proqramda qızlarının evliliklərindən danışıb. Həmçinin 1 qızının yoldaşının ağır xəstə olduğunu söyləyib. "Nəvələrimin yolunda canımı da qoyaram. Qızımın yoldaşı ağır xəstəlik tapıb. Mədə xərçəngidir. İndi durum qızımı boşatdırım ki, sən yaramırsan, pul gətirmirsən? Övlada ata lazımdır. Qızım özünü ora-bura vurur.

Uşağa deyə bilmərik ki, sənin atan pul qazanmır, istədiklərini ala bilmir. Çünki atasının vaxtında olub, gətirib, amma indi xəstədir. Digər qızımın da ailəsində söz-söhbətlər var. Özümüz verdik. Qoymadıq ki, uşaqlar oxusunlar. Qızlarımı verəndə birinin 15, digərinin də 16 yaşı var idi".


Xəbərə aid fotolar