İşdən sonra müdür işçiyə zəng vura bilərmi? VİDEO FOTO


Digərləri 13 Apr 2018 13:38:00 286 0

İşdən sonra müdür işçiyə zəng vura bilərmi?  VİDEO  FOTO

ARB TV-nin "Günə doğru" verilişində müdirin işdən sonra işçiyə zəng vurması barədə maraqlı süjet yayımlanıb.

İşləyən adamlar bilir ki, işdən sonra rəhbərləri və ya kiminsə sifarişini yerinə yetirirsə elə həmin sifarişçi işçiyə zəng edir. İş vaxtı bitibsə, müdir işçiyə zəng edə bilərmi? Bu, nə dərəcədə doğrudur? Hansı nəticələrə gətirib çıxarır? İşləyən adam pul qazanır deyə müdirinə, rəhbərinə cavab verə bilmir, ona irad edə bilmir ki, "mənə iş vaxtından əlavə və ya işə aidiyyəti olmayan tapşırıqlar vermə" deyəb bilmir. Deməli, məcburdur. İnsanın nəyəsə məcbur olması isə dolayısı yolla sosioloji problemin meydana gəlməsidir. Rəşad Əsgərov (sosioloq): "İşçilərin müdiriyyət tərəfindən işdən kənar zamanlarda işə çağırılması, yaxud da əlavə iməcliklərə məcbur olaraq gətirilməsi halları geniş yayılıb". Sosioloq zənglərədən başqa işçinin işdən əlavə işlərə cəlb olunmasını da vurğuladı. Bu da məsələnin digər tərəfidir. Başqa bir tərəfi də var. Həmin bu tərəfdə hüquqi məsuliyyət dayanır. Tahir Əlirzayev (hüquqşunas): "Əgər narazılıq olarsa, işçi hesab edərsə ki, müdirin etdiyi hərəkət ona zərər vurur, o zaman məhkəməyə müraciət edə bilər". Yumşaq dildə desək, müdirimiz bizdən işdən kənar iş tələb edərsə, zəng edərsə, ondan şikayət edə bilərik, mənəvi və maddi ziyan üçün təzminat da tələb etmək hüqumuz var.

ABŞ-nın böyük Nyu York şəhərində qanun var ki, müdir işçisini işdən əlavə yerlərə çağırarsa və ya iş vaxtından sonra ona zəng edərsə, həmin müdir ziyandadır, cəriməsi var, 250 dollar. Bu hal təkrar olunarsa, müdir daha çox cərimə ödəməlidir.


Xəbərə aid foto