İlya Qrişunin: Avropa çempionatında mənim hədəfim fəxri kürsüdə mümkün qədər yüksək yer tutmaqdır


Digərləri 13 Apr 2018 13:32:00 234 0

İlya Qrişunin: Avropa çempionatında mənim hədəfim fəxri kürsüdə mümkün qədər yüksək yer tutmaqdır

Bakıda keçirilən Avropa çempionatında mənim fərdi hədəfim fəxri kürsüdə mümkün qədər yüksək yer tutmaqdır.

Bakı. Maksim Tsurkov - Bakıda keçirilən Avropa çempionatında mənim fərdi hədəfim fəxri kürsüdə mümkün qədər yüksək yer tutmaqdır. Bunu Trend-ə Azərbaycan gimnastı İlya Qrişunin deyib. O bildirib ki, yarışlara 3 ay hazırlaşıb: “Mənim hədəfim fərdi yarışlarda mümkün qədər yüksək yer tutmaqdır. Mənim üçün bu ilk üçlükdəki yerdir. Ağır olmasına baxmayaraq mən bunu etməyə çalışacağam”. Gimnast əlavə edib ki, 2016-cı ildə keçirilmiş Avropa çempionatında uğurla çıxış etmək alınmayıb: “O zaman sinxron hərəkətlərdə finala çıxmışdıq. Bu dəfə isə həm sinxron hərəkətlərdə, həm də fərdi proqramda yüksək nəticə əldə etmə istəyirəm”. Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının ikinci gününə start verilib.