Azərbaycan gimnastı Bakıda keçirilən Avropa çempionatında azarkeşlərin dəstəyini hiss etmək istəyir


Digərləri 13 Apr 2018 13:15:00 285 0

Azərbaycan gimnastı Bakıda keçirilən Avropa çempionatında azarkeşlərin dəstəyini hiss etmək istəyir

Bakıda keçirilən Avropa çempionatında mən xüsusilə azarkeşlərimizin dəstəyini hiss etmək istəyirəm.

Bakı. Maksim Tsurkov - Bakıda keçirilən Avropa çempionatında mən xüsusilə azarkeşlərimizin dəstəyini hiss etmək istəyirəm. Bunu Trend-ə Azərbaycan gimnastı Veronika Zemlyanaya deyib. Onun sözlərinə görə, Avropa çempionatında əsas hədəf 2019-cu ildə Minskdə keçiriləcək Avropa oyunlarına vəsiqə qazanmaqdır: “Bunun üçün finala çıxmaq lazımdır. Svetlana Makştaryova ilə sinxron çıxışlarda medal qazanmaq istəyirik. Bu, bizim ilk yarışımız deyil, biz artıq medallar qazanmışıq”. Gimnast qeyd edib ki, sinxron çıxışların proqramı dəyişdirilməyib, amma fərdi proqram çətinləşdirilib. O, əsas rəqiblər arasında Rusiya və Belarus gimnastlarını qeyd edib. Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının ikinci gününə start verilib.